DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Genlər, zəka və beyin xüsusiyyətləri bir-biri ilə necə bağlıdır

Beyinin yalnız müəyyən bölgələri var ki, orada gen variasiyaları beynin xüsusiyyətlərinə, nəticədə isə intellektə təsir edir.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Məlumdur ki, zəkanın bir hissəsi irsi xarakter daşıyır. Tədqiqatlar, həmçinin beyinin müxtəlif xüsusiyyətlərinin zəka ilə əlaqəli olduğunu göstərir. Alimlər ilk dəfə olaraq eyni anda üç parametrin: davranış, genlər və beyinin bir-biri ilə əlaqəsini öyrənə biliblər.
Yeni elmi araşdırmada yaşı 18-75 arasında olan 557 nəfər iştirak edib. Alimlər tüpürcək nümunələrinin analizindən istifadə edərək hansı insanların və neçə gen dəyişikliyinin yüksək intellektlə əlaqəli olduğunu müəyyən ediblər. Bütün iştirakçılar, həmçinin, beyin skanından keçiblər.
Hər üç parametri - genləri, beyin xüsusiyyətlərini, zəka testinin nəticələrini eyni vaxtda nəzərdən keçirdikdən sonra beynin yalnız bir neçə hissəsində əlaqə tapılıb.
Bu, frontal, parietal və vizual korteksdir. Bu isə o deməkdir ki, beyinin yalnız müəyyən bölgələri var ki, orada gen variasiyaları beynin xüsusiyyətlərinə təsir edir. Və bu xüsusiyyətlər intellektə də təsir edir.
Beyinin həlledici xüsusiyyətləri isə beyin səthinin ölçüsü və struktur əlaqənin səmərəliliyi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.