"Anonsu və afişanı görəndə çox təəccübləndik. Röya xanım Azərbaycanda olmadığı halda, ondan xəbərsiz afişada qeyd olunub ki, guya 4 aprel tarixində səhnədə yer alacaq. Həmçinin afişada Röya Ayxandan başqa, digər sənətçilərin, Aynur Dadaşova və Tərlan Novxanının da adları yer alıb. Təşkilatçılarla Röya Ayxanın prodüseri Kənan Bayramov danışıb. Hüquq müstəvisində hansı addımlar atılacağını isə Röya xanım gəldikdən sonra qərar veriləcək".
"Bu kimi hallar müğənninin ictimai nüfuzuna xələl gətirə bilər. Röyanın ictimai nüfuzu var, onun adı həm də onun kommersiya dəyəridir. Adı ona gəlir gətirir. Bu baxımdan kimsə onun adından müştəri cəlb etmək üçün istifadə edirsə, müğənninin hüququndan istifadə etmiş olur. Azərbaycanın mülki məcəlləsininin 13-cü maddəsinə əsasən, şəxsə dəyən maddi və mənəvi zərərlər məhkəmə yolu ilə tələb oluna bilər. Bu baxımdan ad hüququnu mənimsəyən şəxsə və ya quruma qarşı məhkəmə iddiası qaldırıla bilər.
"Məsələn, hansısa obyekt sahibi restoran tikir, adını xəbərsiz şəkildə "İbrahim Tatlısəs" və ya "Röya Ayxan" qoyursa, burada həmin məşhurun hüququ pozulmuş olur. Amma, tutaq ki, restoran adı "Röya"dırsa, müğənni Röya heç bir iddia qaldıra bilməz".