"Ermənistanın təxribatçı addımları yalnız regionda vəziyyətin açıq-aşkar dəyişməsinə hazır olmayan dövlətin hərəkətləridir. Ermənilərin nə layiqli ordusu var, nə də iqtisadiyyatı. Ermənistan yalnız Azərbaycanın və Rusiyanın maraqlarına zidd olaraq üçüncü oyunçulara – ilk növbədə Avropa İttifaqına kömək edə bilər. Məsələn, Azərbaycanın Qarabağda vəziyyətin sülh yolu ilə tənzimlənməsi barədə təşəbbüslərini heç vaxt qəbul etməyən Fransa bu gün ermənilərin maraqlarını fəal müdafiə edir”, - deyə ekspert bildirib.
“Mən maraqla müşahidə edirəm ki, Bakı Qarabağın qalan hissəsində - Xankəndidə öz planlarını hərbi yolla reallaşdırmaqdan imtina edir, bütün zəruri yüksəklikləri, qanunsuz erməni dəstələrinin yerdəyişmələrini, yüklərin daşınmasını nəzarətə alır, Rusiya sülhməramlıları ilə qarşılıqlı fəaliyyət göstərir, regiona hərbi sursat daşınmasının qarşısını almağa çalışır və ən başlıcası, Qarabağ erməniləri ilə dialoqa başlayır. Bunları nəzərə alaraq, hesab edirəm ki, Qarabağ məsələsinin qəti həlli qeyri-hərbi yolla həyata keçirilə bilər. Azərbaycanın Qarabağ erməniləri özlərinin gələcəyi məsələsini kənardan təsir olmadan, özləri həll edə bilər”.
“Ermənistan burada oyuncaqdır. O öz hərəkətlərini yalnız Qərbdəki kuratorları ilə razılaşdırır. Lakin mənə belə gəlir ki, bu, müvəqqəti haldır”.