QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya Azərbaycanla İran arasında münaqişəli məqamlarda nizamlanmaya kömək edir -Politoloq

© Sputnik / Murad OrujovYevgeni Mixaylov
Yevgeni Mixaylov - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Rusiyalı politoloq Ermənistan Qərbin Cənub Qafqaz barədə planlarında oyuncaq olduğunu dilə gətirib.
BAKI, 6 aprel - Sputnik. Ermənistan regionda vəziyyətin açıq-aşkar dəyişməsinə hazır deyil. Qərbin regionda yeni münaqişə qızışdırmaq barədə planlarında oyuncaq olan Ermənistan öz hərəkətlərini yalnız Qərbdəki kuratorları ilə razılaşdırır.
Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis, təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov Azərtac-a müsahibəsində Cənubi Qafqazda cari vəziyyəti şərh edərək bu cür fikirlər söyləyib.
Onun sözlərinə görə, ekspertlərin çoxu regionda yaranmış vəziyyəti partlayış təhlükəli hesab edir, lakin vəziyyəti koordinasiya etmək mümkündür.

"Ermənistanın təxribatçı addımları yalnız regionda vəziyyətin açıq-aşkar dəyişməsinə hazır olmayan dövlətin hərəkətləridir. Ermənilərin nə layiqli ordusu var, nə də iqtisadiyyatı. Ermənistan yalnız Azərbaycanın və Rusiyanın maraqlarına zidd olaraq üçüncü oyunçulara – ilk növbədə Avropa İttifaqına kömək edə bilər. Məsələn, Azərbaycanın Qarabağda vəziyyətin sülh yolu ilə tənzimlənməsi barədə təşəbbüslərini heç vaxt qəbul etməyən Fransa bu gün ermənilərin maraqlarını fəal müdafiə edir”, - deyə ekspert bildirib.

Ekspertin fikrincə, Azərbaycanın sülhməramlı addımları belə güman etməyə əsas verir ki, Qarabağ məsələsinin qeyri-hərbi yolla qəti həlli tamamilə mümkündür.
© Photo : Denis BalibouseAzərbaycan və Ermənistan bayraqları, arxiv şəkli
Охранник проходит мимо азербайджанского (слева) и армянского флага на открытии переговоров в Женеве, Швейцария - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Azərbaycan və Ermənistan bayraqları, arxiv şəkli
Y.Mixaylov əminliklə deyib:

“Mən maraqla müşahidə edirəm ki, Bakı Qarabağın qalan hissəsində - Xankəndidə öz planlarını hərbi yolla reallaşdırmaqdan imtina edir, bütün zəruri yüksəklikləri, qanunsuz erməni dəstələrinin yerdəyişmələrini, yüklərin daşınmasını nəzarətə alır, Rusiya sülhməramlıları ilə qarşılıqlı fəaliyyət göstərir, regiona hərbi sursat daşınmasının qarşısını almağa çalışır və ən başlıcası, Qarabağ erməniləri ilə dialoqa başlayır. Bunları nəzərə alaraq, hesab edirəm ki, Qarabağ məsələsinin qəti həlli qeyri-hərbi yolla həyata keçirilə bilər. Azərbaycanın Qarabağ erməniləri özlərinin gələcəyi məsələsini kənardan təsir olmadan, özləri həll edə bilər”.

Politoloq qeyd edib ki, sülh müqaviləsi imzalanacağı və qalan ərazilər üzərində nəzarət müəyyən ediləcəyi halda, bəzi qarantiyalar, regiona investisiya qoyuluşu vəd edən Azərbaycan düzgün istiqamətdə hərəkət edir.
Y.Mixaylov daha sonra əlavə edib ki, buna baxmayaraq belə vəziyyət qərbli aktorların o qədər də xoşuna gəlmir, onlar Cənubi Qafqazı yenidən alovlandırmağa, həm Azərbaycanı, həm də Rusiyanı və İranı müharibəyə cəlb etməyə çalışırlar. Rusiyalı politoloq vurğulayıb:

“Ermənistan burada oyuncaqdır. O öz hərəkətlərini yalnız Qərbdəki kuratorları ilə razılaşdırır. Lakin mənə belə gəlir ki, bu, müvəqqəti haldır”.

Ekspert bu baxımdan İranın Azərbaycana qarşı düşmənçilik hərəkətlərinə toxunaraq vəziyyətin düzələ və nizamlana biləcəyini söyləyib.
“İran ilə Azərbaycanın mürəkkəb münasibətləri tarixən yaranıb, çünki İranın şimalında təqribən 30 milyon etnik azərbaycanlı yaşayır və bu fakt dövlətlərarası münasibətlərə təsir göstərir. Digər tərəfdən, İran Rusiyanın müttəfiqidir və mənim fikrimcə, Rusiya Federasiyası Azərbaycan ilə İran İslam Respublikası arasında münaqişəli məqamlarda vəziyyətin nizamlanmasına kömək edir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0