BAKI, 5 aprel - Sputnik. TƏBİB Bakı-Salyan yolunda baş verən qəzada xəsarət alan şəxslərin vəziyyəti barədə məlumat yayıb.
Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları əraziyə cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər tibb müəssisəsinə yerləşdirilib. Hazırda Reanimasiya şöbəsində 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir), Təcili tibbi yardım şöbəsində 1 nəfərin (vəziyyəti orta ağır qiymətləndirilir) müalicəsi davam etdirilir.
Qeyd edək ki, bu gün Bakı-Salyan yolunda “KamAZ” markalı maşının “Hyundai Accent” markalı avtomobilə çırpılması nəticəsində üç nəfər sərnişin həlak olub, 3 nəfər isə xəsarət alıb.