BAKI, 5 aprel — Sputnik. Rusiya MAQATE-nin baş direktoru Rafael Qrossinin Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi məsələsində səylərini dəstəkləyir.
Qrossinin Kalininqrada səfərindən sonra Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bu barədə bildirib.
"Rosatom"un baş direktoru Aleksey Lixaçyov və MAQATE-nin baş direktoru Rafael Qrossi bu gün Kalininqradda görüşərək "Zaporojye" AES-də nüvə təhlükəsizliyinin qorunmasını müzakirə ediblər. Rusiya bu məsələdə Qrossinin səylərini dəstəkləyir", - deyə Ulyanov "Twitter"də yazıb.
Qrossi bir müddət əvvəl Kalininqradda Rusiyanın bir neçə departamentinin yüksək vəzifəli şəxsləri ilə görüşdüyünü, "Zaporojye" AES-in mühafizəsi üçün səyləri davam etdirdiyini bildirib. "Rosatom" bəyan edib ki, Rusiya MAQATE-nin "Zaporojye" AES-in təhlükəsizliyinə dair təşəbbüsünün həyata keçirilməsi üzərində işi davam etdirməyə hazırdır. Agentliyin rəhbəri Qrossi isə Lixaçyovlə görüşdə 2022-ci ilin payızında "Zaporojye" AES-in atəşə tutulmasının nəticələrini şəxsən görə bildiyini söyləyib.