BAKI, 5 aprel — Sputnik. Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib.
56 yaşlı sloveniyalı funksioner bu posta yeganə namizəd olub.
O, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci UEFA Konqresində 4 illik müddətə yenidən seçilib.
Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən Avropa futbol qurumunun rəhbəridir.