DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Aİ ilə Ukrayna münaqişəsinin həllinı dair dialoqa hazır olduğunu bəyan edib

Nazirlik Brüsselin "strateji müstəqillik nümayiş etdirəcəyinə" ümid etdiyini bildirib.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Çin Ukrayna böhranının həllini Avropa İttifaqı (Aİ) ilə müzakirə etməyə hazırdır.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
"Biz Ukrayna münaqişəsinin siyasi həlli ilə bağlı Avropa tərəfi ilə dialoqa və təmaslara hazırıq. Ümid edirik ki, Aİ strateji müstəqillik və siyasi müdriklik nümayiş etdirəcək", - deyə Rusiya XİN-in nümayəndəsi bildirib.
Mao Nin qeyd edib ki, Pekin bu münaqişənin iştirakçısı deyil, lakin Ukrayna böhranının sülh yolu ilə həllini fəal şəkildə dəstəkləyir. Nazirliyin nümayəndəsi həmçinin Brüsselin Avropa regionunda uzunmüddətli sabitliyin bərqərar olmasına kömək edəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Çinə səfəri ərəfəsində Pekinin Ukrayna münaqişəsinin həllindəki rolunu şərh edərək, onun Ukraynadakı sülhə görə məsuliyyət daşıdığını, eləcə də Avropa ölkələrinin liderlərinin Rusiya ilə Çin arasındakı dostluq münasibətlərindən narahat olduqlarını bildirib.