İDMAN

Azərbaycan avarçəkəni qızıl medal qazanıb

İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada Dımçenko bir nəfərlik qayıqla 2000 metr məsafəyə təsnifat mərhələsində 3-cü olub.
Sputnik
BAKI, 3 aprel — Sputnik. Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb. Federasiyadan verilən məlumata görə, o, bu uğura İtaliyada təşkil edilən "Paolo d"Aloja" memorialında imza atıb.
İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada Dımçenko bir nəfərlik qayıqla 2000 metr məsafəyə təsnifat mərhələsində 3-cü olub və finala vəsiqə qazanıb.
Final yürüşündə isə idmançı ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.
Finişə 3-cü çatan Özbəkistan təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə geri qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.