DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Astrofiziklər: günəşdəki partlayışlar dəmir yolu qəzalarına səbəb ola bilər

Alimlər bildiri ki, kosmik fırtınalar qatar siqnallarını tərsinə çevirə bilir.
Sputnik
BAKI, 3 aprel — Sputnik. ABŞ Geofizika İttifaqının alimləri müəyyən ediblər ki, kosmik fırtınalar qatar siqnallarını tərsinə çevirə bilir. Bu barədə "Space Weather" məlumat yayıb.
1982-ci ilin iyulunda İsveçdə qatarların siqnallarında qüsur yarandı - onlar yaşıl rəngdə olmalı olduğu halda qırmızı rəngə çevrildilər. Buna səbəb 150 milyon kilometr məsafədə - Günəşdə başlayan kosmik fırtına idi.
İş ondadır ki, ulduzdakı partlayışlar Yerin maqnit sahəsini dəyişdirə və üzərinə günəş maddəsi düşdükdə geomaqnit fırtına yarada bilər. Bu isə, Yer səthində elektrik cərəyanları yaranmasına səbəb olaraq boru kəmərlərinə, dəmir yollarına, elektrik xətlərinə daha çox şeylərə zərər verə bilər.
Dəmir yolu xətti, arxiv şəkli
Alimlər Böyük Britaniyada iki dəmir yolunun işini pozmaq üçün hansı gücdə geomaqnit fırtınasının lazım olduğunu və bunun nə qədər tez-tez baş verə biləcəyini yoxlamaq üçün bir model hazırlayıblar.
Onlar müəyyən ediblər ki, günəşdəki kifayət qədər tez-tez müşahidə olunan partlayışlar, təxminən 30 ildə bir dəfə baş verir. Hər 100 ildən bir baş verməsi gözlənilən daha güclü tufanlar isə, demək olar ki, bütün siqnalları poza bilər.
Bu nəticələr alimlərə və tənzimləyicilərə qatarların geomaqnit fırtınalarına nə dərəcədə həssas olduğunu qiymətləndirməyə və qatar operatorlarını xəbərdar etməyə kömək edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.