DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da otuzdan çox insan tornadoların qurbanı olub

Təkcə Tennessi ştatında on beş nəfərin həlak olduğu bildirilir.
Sputnik
BAKI, 3 aprel — Sputnik. ABŞ-ın bir sıra ştatlarında baş verən tornadolar 30-dan çox insanın həyatına son qoyub, onlarla insan xəsarət alıb. Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Bir müddət əvvəl 26 nəfərin həlak olduğu bildirilirdi.
Məlumatlara görə, tornado nəticəsində ölənlər Arkanzas, Alabama, İllinoys, İndiana, Delaver, həmçinin Missisipi və Tennessi ştatlarında olub. Eyni zamanda təkcə Tennessi ştatında 15 nəfər həyatını itirib.
Bildirilir ki, Arkanzas ştatında 5 nəfər tornadonun qurbanı olub. Xatırladaq ki, bu ştatın qubernatoru Sara Hakabi Sanders fövqəladə vəziyyət elan edərək, hakimiyyətin bu bölgənin bərpası üçün heç bir vəsaiti əsirgəməyəcəyini bildirib.
"KP.RU" saytı yazıb ki, nəticələrə qarşı mübarizəyə Milli Qvardiya da qoşulub. Eyni zamanda, Litl-Rokda 70 minə yaxın evin işıqsız qaldığı da bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.