DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İspaniyada NATO-ya qarşı etiraz aksiyaları keçirilib

Aksiyaların təşkilatçıları Ukraynadakı münaqişəni “NATO-nun Ukrayna ərazisində artan mövcudluğuna” cavab kimi izah ediblər.
Sputnik
BAKI, 2 aprel — Sputnik. İspaniyada Pamplona və Vitoriya-Qasteys şəhərlərində NATO-ya qarşı etiraz aksiyaları keçirilib.
Bu barədə “TASS”a nümayişlərin təşkilatçıları məlumat verib.
Agentliyin məlumatına görə, insident olmadan başa çatan mitinqlərə yüzlərlə iştirakçı qoşulub.
Nəşr qeyd edib ki, yürüşlər "NATO-ya qarşı, müharibəni və kapitalist barbarlığı dayandıraq" şüarı altında keçirilib.
Aksiyaların təşkilatçıları Ukraynadakı münaqişəni “NATO-nun Ukrayna ərazisində artan mövcudluğuna” cavab kimi izah ediblər.
Etirazçılar “NATO və onun ərazisinin genişlənməsinə”, “iqtisadi müharibəyə” və Kiyevə silah göndərilməsinə qarşı çıxıblar.
Qeyd edək ki, 2023-cü il martın 18-də Vaşinqtonda ABŞ-ın Kiyevə hərbi və maliyyə yardımı göstərməsinə qarşı mitinq keçirilib. Etirazçıların tələbləri arasında NATO-nun ləğvi, sanksiya siyasətindən və ABŞ-ın militarist siyasətindən imtina da var.
Elə həmin ərəfədə Parisdə “Sülh marşı” adlı üçüncü aksiya baş tutub. Xatırladaq ki, bu ilin fevralında Fransa paytaxtında iki analoji mitinq keçirilib.
Bir neçə min etirazçı Senatın toplaşdığı Lüksemburq sarayından etiraz yürüşünə başlayıb və “Makron, biz sənin müharibəni istəmirik!”, “NATO-dan tez çıxaq” şüarları səsləndiriblər.