İDMAN

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
Sputnik
BAKI, 2 aprel - Sputnik. Azərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə"də bu gün mübarizəyə başlayacaq.
"Report" xəbər verir ki, son olaraq 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində İvaylo İvanov (Bolqarıstan) / Paul Kibikay (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Li Namhunun (Cənubi Koreya) müqavimətini qırmağa çalışacaq.
100 kq-dan yuxarı çəkidəki idmançılardan Uşangi Kokauri 1/16 finalda Yevgeni Balyevski (Ukrayna) / Qalimjan Krikbay (Qazaxıstan) duelinin güclüsü ilə görüşəcək. Camal Qamzatxanov isə 1/32 finalda Şoxrux Mamarasulovla (Özbəkistan) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
İDMAN
"Böyük Dəbilqə": Səid Mollayi gümüş, Hidayət Heydərov bürünc medal qazanıb