İDMAN

Azərbaycanın voleybol millisinin Universiadada rəqibləri bəlli olub

Universiada 28 iyul - 8 avqustda təşkil olunacaq.
Sputnik
BAKI, 1 aprel - Sputnik. Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, yığma C qrupunda mübarizə aparacaq.
Komanda meydan sahibləri ilə yanaşı, Yaponiya, Ukrayna və Meksika seçmələri ilə üz-üzə gələcək.
Qeyd edək ki, Universiada 28 iyul - 8 avqustda təşkil olunacaq.