BAKI, 30 mart — Sputnik. Ramazan bütün müsəlmanlar üçün müqəddəs bir aydır, bunun ilkin şərtlərindən biri gün ərzində yemək və içməkdən imtina etməyi nəzərdə tutan ciddi oruc tutmaqdır.
Müsəlmanların orucu səhər azanı səsləndikdən sonra başlayır və gün batanda - məsciddə axşam azanından sonra bitir.
Bu ayda adətən müxtəlif ölkələrdə məscidlər xüsusilə səs-küylü olur və canlanır. İnsanlar namaz qılırlar, namazdan sonra məscidlərdə xurma, ət və düyü olmaqla iftar (Ramazan ayında axşam yeməyi) süfrələri açılır.
Bir çox məscidlərdə imsak (səhər erkən yeməyi) də təşkil edilir.
Müsəlman ölkələrinin çoxunda bütün qonşuların və yoldan keçənlərin dəvət olunduğu küçələrdə iftar süfrələri açmaq mədəniyyət və adət-ənənədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.