BAKI, 30 mart — Sputnik. Yekaterinburqda saxlanılan ABŞ-ın "The Wall Street Journal" (WSJ) nəşrinin əməkdaşının fəaliyyətinin jurnalistika ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında yazıb.
"The Wall Street Journal"ın Amerika nəşrinin əməkdaşının Yekaterinburqda etdiyi işin jurnalistika ilə heç bir əlaqəsi yoxdur", - deyə diplomat vurğulayıb.
"Təəssüf ki, bu, ilk dəfə deyil, "xarici müxbir"ə,jurnalist statusu verilir. Əcnəbilər viza və akkreditasiyadan jurnalistikaya aid olmayan fəaliyyətləri ört-basdır etmək üçün istifadə edirlər. Bu artıq birinci tanınmış qərbli deyil ki, biz ələ keçiririk".
Bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib ki, FTX Yekaterinburqda casusluqda şübhəli bilinən "Amerikanın "The Wall Street Journal" jurnalının Moskva bürosunun müxbiri, 1991-ci il təvəllüdlü ABŞ vətəndaşı Gerşkoviç Evanı saxlayıb. Həmin şəxs Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunub".
Müəyyən edilib ki, Gerşkoviç ABŞ tərəfinin göstərişi ilə hərəkət edərək Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında dövlət sirri təşkil edən məlumatlar toplayıb.