DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-də bərpa olunan enerji mənbələri üzrə ilkin razılaşma əldə edilib

Danışıqlarda bir sıra məsələlərə toxunulub.
Sputnik
BAKI, 30 mart — Sputnik. Avropa Şurası və Avropa Parlamentinin bərpa olunan enerji mənbələri ilə bağlı danışıqların iştirakçıları ilkin razılığa gəliblər.
Bu barədə İsveçin Avropa İttifaqına sədrliyinin "Twitter" səhifəsində məlumat verilib.
"Avropa İttifaqı (Aİ) Şurasının və Avropa Parlamentinin danışıqların iştirakçıları bərpa olunan enerji mənbələri ilə bağlı ilkin siyasi razılaşma əldə ediblər", - yazıda bildirilib.
Danışıqlarda bir sıra məsələlərə toxunulub. Məsələn, Fransanın başçılıq etdiyi bir sıra ölkələr israr ediblər ki, atom enerjisindən istifadə etməklə hasil edilən hidrogen bərpa olunan hesab edilsin. Bundan əlavə, Aİ-nin 2030-cu ilə qədər bərpa olunan enerjinin payı üzrə hədəf göstəricisinin 32%-dən ən azı 40%-ə qədər yüksəldilməsi və müxtəlif növ bioyanacaqlara dair fikirlər müzakirə olunub.
Çərşənbə günü Avropa İttifaqı ölkələrinin və Avropa Parlamentinin nümayəndələri Aİ-nin bu ildə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə məqsədlərini müəyyənləşdirmək üçün danışıqların yekun mərhələsini keçiriblər.