RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya XİN ukraynalı təxribatçıların Belarusa köçürülməsinin mümkünlüyünü bildirib

Kiyev millətçiləri respublikanın mövcud hökumətini devirmək məqsədini güdə bilərlər.
Sputnik
BAKI, 29 mart — Sputnik. Ukraynadan Belarusa millətçi təxribat qruplarının köçürülməsi ehtimalı istisna edilmir. Onların məqsədi respublika rəhbərliyini devirmək ola bilər.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RTVI" telekanalına müsahibəsində deyib.
Qaluzin bildirib ki, son zamanlar Donbasda Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərəfindən çıxış edən "Belarus millətçi birləşmələri"nin nümayəndələrinin ritorikası daha da sərtləşib. Onlar Kiyev və Qərb siyasətçiləri tərəfindən fəal şəkildə dəstəklənirlər.
"Bu başkəsən-muzdluların rəhbərləri və komandirləri açıq şəkildə deyirlər ki, onlar gələcəkdə Belarusun hazırkı rəhbərliyini zorla devirmək üçün öz döyüş təcrübələrini tətbiq etməyi planlaşdırırlar. Bu baxımdan, bu cür təxribat qruplarının respublikaya köçürülməsinin mümkünlüyünü istisna etmək olmaz", - deyə Rusiya xarici işlər nazirinin müavini bildirib.
Mixail Qaluzin hesab edir ki, belə risklər Belarusun xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən nəzərə alınmalıdır. Eyni zamanda, həm məqsədyönlü təxribatlar, həm də respublika ərazisinə genişmiqyaslı hücum ola bilər.
Qaluzin əlavə edib ki, Regional Qoşunlar Qrupunun Belarusda yerləşdirilməsi Ukrayna bölmələri üçün güclü maneə olub. İndi onlar bu istiqamətdə əhəmiyyətli ehtiyatları saxlamağa məcburdurlar, hansı ki, əks halda bu ehtiyatlar cənub-şərqə köçürüləcəkdi.