SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran regional təhdiddir - XİN rəhbəri

İsrailin xarici işlər naziri Eli Kohen bildirib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir.
Sputnik
BAKI, 29 mart — Sputnik. "Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir".
Bunu İsrailin xarici işlər naziri Eli Kohen mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir:
"Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur", - nazir vurğulayıb.
İsrail XİN rəhbəri İran barədə də danışıb və bildirib ki, İran regional təhdiddir.
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”, - nazir qeyd edib.(APA)