BAKI, 28 mart - Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Moskvaya səfər edib. Bu barədə İrna agentliyi məlumat yayıb.
Naziri yüksək rütbəli nümayəndə heyətinin müşayitə etdiyi bildirilir.
"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvaya səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məsələsini müzakirə etmək niyyətindədir", - deyə məlumatda qeyd olunur.
Qeyd olunur ki, tərəflər Ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinə də baxacaqlar.
"İran mətbuatının məlumatına görə, Rusiya və İranın xarici işlər nazirləri iki ölkə arasında bağlanmış razılaşmaları, regionda (Yaxın Şərqdə) vəziyyətin dəyişməsini, XİN-in işi zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsində irəliləyişləri, ticarət-iqtisadi əməkdaşlıq, habelə Şimal-Cənub dəhlizi layihəsinin həyata keçirilməsi üzrə birgə hökumətlərarası komissiyanın işini müzakirə edəcəklər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.