BAKI, 28 mart — Sputnik. Gənclərdən ibarət idman gimnastikası üzrə Azərbaycan millisi martın 29-da Türkiyənin Antalya şəhərində start götürəcək II dünya çempionatına yollanıb.
Yarışda ölkəni Rəsul Əhmədzadə, Anar Həsənov, Dəniz Əliyeva, Duyğu Məcizzadə və Aytən Məmmədova təmsil edəcək.
Qeyd edək ki, mundial aprelin 2-də başa çatacaq.
Martın 22-dən 26-dək Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə 11-ci açıq beynəlxalq turnir, martın 24-dən 26-na kimi isə eyni şəhərdə Dünya kuboku keçirilib.
Beynəlxalq turnirdə ölkəmizi yeniyetmələr arasında fərdi növdə Aylin Quliyeva və Məryəm Topçubaşova, gənclər arasında üçlük proqramında Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova, gənclər arasında fərdi proqramda isə Dilarə Qurbanova və Sara Əlixanlı təmsil edib.
Komandamızın üzvlərindən ən yaxşı nəticəni fərdi növdə Məryəm Topçubaşova göstərib. İdmançımız 6-cı pillədə qərarlaşıb. Gənclər arasında üçlük proqramında təmsilçilərimiz 7-ci olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.