RUSİYA

Ulyanovdan Rusiyanın BAEA-dan uzaqlaşdırılması fikirlərinə münasibət

Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi bildirib ki, bununla bağlı çağırışlar Rusiya tərəfinin BAEA-dakı işinə təsir göstərmir.
Sputnik
BAKI, 27 mart — Sputnik. Polşanın Rusiyanın BAEA-ya üzvlüyünü dayandırmaq çağırışları "ritual" xarakteri daşıyır. Bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
"Polşanın İqlim və Ətraf Mühit naziri tərəfindən bu cür ifadələr ritual xarakteri daşıyır", - deyə Ulyanov RİA Novosti-yə müsahibəsində bildirib.
O qeyd edib ki, BAEA-nın Nizamnaməsində üzvlüyün dayandırılması nəzərdə tutulmayıb. "Ancaq büdcəyə ayırmaları ödənilmədikdə seçki hüququndan məhrum etmək olar. Nəzəri cəhətdən hüquq və imtiyazları dayandırmaq olar, lakin belə bir qərar əsaslandırılmalıdır", - diplomat vurğulayıb.
O əlavə edib ki, bununla bağlı çağırışlar Rusiya tərəfinin BAEA-dakı işinə təsir göstərmir. "Hələ ki, bu, bir neçə ölkənin mövqeyidir. Rusiyanın agentlikdəki üzvlüyünün dayandırılmasından söhbət gedə bilməz. Bəzi şeylər nəzəri cəhətdən mümkündür. Biz onların baş verməsinin qarşısını almağa çalışacağıq", - Ulyanov fikirlərini yekunlaşdırıb.
Daha əvvəl polşalı nazir Rusiyanın BAEA və Avropa Atom Enerjisi Birliyindən (Euratom) xaric edilməsinə çağıraraq, BAEA və Euratom tərəfindən Rusiyaya təsir etmək üçün müxtəlif variantların nəzərdən keçirildiyini bildirərək, "bizə məlumat toplamaq, sənədlər toplamaq sonra nəticə çıxarmaq, həmçinin Rusiyanı bütün bu təşkilatlara üzvlükdən məhrum etmək lazımdır". BAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, bir sıra ölkələr Ukrayna münaqişəsi ilə əlaqədar qurumdan Rusiyanın kənarlaşdırılmasının tərəfdarıdır ki, bu da təşkilatın işində qaçılmaz mübahisələr yaradır.