https://sputnik.az/20230327/ulyanovdan-rusiyanin-baea-dan-uzaqlasdirilmasi-fikirlerine-munasibet-453038330.html
Ulyanovdan Rusiyanın BAEA-dan uzaqlaşdırılması fikirlərinə münasibət
Ulyanovdan Rusiyanın BAEA-dan uzaqlaşdırılması fikirlərinə münasibət
Sputnik Azərbaycan
Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi bildirib ki, bununla bağlı çağırışlar Rusiya tərəfinin BAEA-dakı işinə təsir... 27.03.2023, Sputnik Azərbaycan
2023-03-27T10:18+0400
2023-03-27T10:18+0400
2023-03-27T10:39+0400
rusiya
rusiya
polşa
maqate
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449156404_0:0:3071:1728_1920x0_80_0_0_6c1b00c56d566d7b3b34c79e89cda2de.jpg
BAKI, 27 mart — Sputnik. Polşanın Rusiyanın BAEA-ya üzvlüyünü dayandırmaq çağırışları "ritual" xarakteri daşıyır. Bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Polşanın İqlim və Ətraf Mühit naziri tərəfindən bu cür ifadələr ritual xarakteri daşıyır", - deyə Ulyanov RİA Novosti-yə müsahibəsində bildirib. O qeyd edib ki, BAEA-nın Nizamnaməsində üzvlüyün dayandırılması nəzərdə tutulmayıb. "Ancaq büdcəyə ayırmaları ödənilmədikdə seçki hüququndan məhrum etmək olar. Nəzəri cəhətdən hüquq və imtiyazları dayandırmaq olar, lakin belə bir qərar əsaslandırılmalıdır", - diplomat vurğulayıb. O əlavə edib ki, bununla bağlı çağırışlar Rusiya tərəfinin BAEA-dakı işinə təsir göstərmir. "Hələ ki, bu, bir neçə ölkənin mövqeyidir. Rusiyanın agentlikdəki üzvlüyünün dayandırılmasından söhbət gedə bilməz. Bəzi şeylər nəzəri cəhətdən mümkündür. Biz onların baş verməsinin qarşısını almağa çalışacağıq", - Ulyanov fikirlərini yekunlaşdırıb. Daha əvvəl polşalı nazir Rusiyanın BAEA və Avropa Atom Enerjisi Birliyindən (Euratom) xaric edilməsinə çağıraraq, BAEA və Euratom tərəfindən Rusiyaya təsir etmək üçün müxtəlif variantların nəzərdən keçirildiyini bildirərək, "bizə məlumat toplamaq, sənədlər toplamaq sonra nəticə çıxarmaq, həmçinin Rusiyanı bütün bu təşkilatlara üzvlükdən məhrum etmək lazımdır". BAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, bir sıra ölkələr Ukrayna münaqişəsi ilə əlaqədar qurumdan Rusiyanın kənarlaşdırılmasının tərəfdarıdır ki, bu da təşkilatın işində qaçılmaz mübahisələr yaradır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449156404_147:0:2878:2048_1920x0_80_0_0_1c8337029ffbbf5e9953e2369c500796.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, polşa, maqate
Ulyanovdan Rusiyanın BAEA-dan uzaqlaşdırılması fikirlərinə münasibət
10:18 27.03.2023 (Yenilənib: 10:39 27.03.2023) Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi bildirib ki, bununla bağlı çağırışlar Rusiya tərəfinin BAEA-dakı işinə təsir göstərmir.
BAKI, 27 mart — Sputnik. Polşanın Rusiyanın BAEA-ya üzvlüyünü dayandırmaq çağırışları "ritual" xarakteri daşıyır. Bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
"Polşanın İqlim və Ətraf Mühit naziri tərəfindən bu cür ifadələr ritual xarakteri daşıyır", - deyə Ulyanov RİA Novosti-yə müsahibəsində bildirib.
O qeyd edib ki, BAEA-nın Nizamnaməsində üzvlüyün dayandırılması nəzərdə tutulmayıb. "Ancaq büdcəyə ayırmaları ödənilmədikdə seçki hüququndan məhrum etmək olar. Nəzəri cəhətdən hüquq və imtiyazları dayandırmaq olar, lakin belə bir qərar əsaslandırılmalıdır", - diplomat vurğulayıb.
O əlavə edib ki, bununla bağlı çağırışlar Rusiya tərəfinin BAEA-dakı işinə təsir göstərmir. "Hələ ki, bu, bir neçə ölkənin mövqeyidir. Rusiyanın agentlikdəki üzvlüyünün dayandırılmasından söhbət gedə bilməz. Bəzi şeylər nəzəri cəhətdən mümkündür. Biz onların baş verməsinin qarşısını almağa çalışacağıq", - Ulyanov fikirlərini yekunlaşdırıb.
Daha əvvəl polşalı nazir Rusiyanın BAEA və Avropa Atom Enerjisi Birliyindən (Euratom) xaric edilməsinə çağıraraq, BAEA və Euratom tərəfindən Rusiyaya təsir etmək üçün müxtəlif variantların nəzərdən keçirildiyini bildirərək, "bizə məlumat toplamaq, sənədlər toplamaq sonra nəticə çıxarmaq, həmçinin Rusiyanı bütün bu təşkilatlara üzvlükdən məhrum etmək lazımdır". BAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, bir sıra ölkələr Ukrayna münaqişəsi ilə əlaqədar qurumdan Rusiyanın kənarlaşdırılmasının tərəfdarıdır ki, bu da təşkilatın işində qaçılmaz mübahisələr yaradır.