BAKI, 27 mart — Sputnik. Ukraynadakı münaqişə Amerika iqtisadiyyatı üçün mənfi nəticələrə səbəb ola bilər.
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Grin bildirib.
O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin başqa ölkələrlə hesablaşmalarda dollardan çox Çin yuanından istifadə etməyi təklif edib.
Qrin sosial şəbəkələrdə yazıb: "Əgər dollar çökərsə, o zaman ABŞ xalqı görünməmiş maliyyə çətinlikləri yaşayacaq. Bütün bunların səbəbkarı isə Ukrayna böhranının müəllifləri olan Amerika hərbçiləridir".
Xatırladaq ki, bir müddət əvvəl iqtisadçı ekspert Marsel Salixov ABŞ-da son bir ayda üç bankın bir anda müflis olmasına diqqət çəkib. Onun fikrincə, bu tendensiya gələcəkdə də davam edə bilər.