BAKI, 26 mart - Sputnik. Bazar günü saat 19:00-da Türkmənistanda VII çağırış Milli Məclisin (parlament) deputatlarının, habelə vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarəetmə orqanlarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.
Türkmənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, respublikadakı 2602 seçki məntəqəsi yerli vaxtla səhər saat 07:00-dan 19:00-a qədər açıq olub. Əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.
Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası - Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları iştirak edib.
Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.
***
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Türkmənistan Məclisinə (parlament) deputat seçkilərində müşahidəçilər missiyası qanun pozuntusu qeydə almayıb.
Bu barədə jurnalistlərə Rusiya Federasiyasının senatoru, ŞƏT missiyasının beynəlxalq müşahidəçisi Nikolay Vladimirov məlumat verib.
“Biz bir neçə seçki məntəqəsində olduq, baxdıq, seçicilərlə söhbət etdik. “Təzyiq varmı, kimsə kimə səs verəcəyi barədə göstəriş alıbmı” - belə hallar öz təsdiqini tapmadı. Missiyamız pozuntular aşkar etməyib” – deyə Vladimirov bildirib.