BAKI, 25 mart - Sputnik. Ermənistan-Türkiyə futbol matçı Türkiyənin qələbəsi ilə başa çatıb.
İrəvanda keçirilən oyun 1-2 hesabı ilə bitib.
Oyunda hesab 10-cu dəqiqədə açılıb. Ozan Kabakın öz qapısına vurduğu qol Ermənistanı hesabda irəli keçirib.
34-cü dəqiqədə Orxan Kökçünün rəqib qapısına vurduğu qolla hesab bərabərləşib.
63-cü dəqiqədə Kərəm Aktürkoğlunun zərbəsi ilə Türkiyə millisi irəli keçib və hesab oyunun sonunadək dəyişməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.