İQTİSADİYYAT

İlin ilk iki ayında ölkəyə 1900 tona qədər süd və qaymaq idxal olunub

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı azalıb.
Sputnik
BAKI, 25 mart - Sputnik. Bu ilin ilk iki ayında 1762 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 10,4 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə dəyəri 14,7 milyon dollar olmaqla, 2726 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
Bundan başqa, yanvar-fevral aylarında ölkəyə 4,2 milyon dollar dəyərində 1890 ton süd və qaymaq idxal olunub.
Ötən ilin eyni dövründə dəyəri 2,9 milyon dollar olmaqla, 2060 ton süd idxal edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.