BAKI, 25 mart - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının milli bayramı münasibətilə Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri xanım Katerina Sakellaropuluya təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm".
Daha sonra dövlətimizin başçısı xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylərin göstəriləcəyinə inamını ifadə edib.
"Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.