BAKI, 25 mart - Sputnik. Yanvar-fevral aylarında Azərbaycandan 24,4 min ton polietilen ixrac olunub. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 25,4 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında 32,7 milyon dollarlıq 23,6 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib.
Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.