İDMAN

Bu gün “Avro-2024”-ün daha yeddi oyunu keçiriləcək

Dünən futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsindəki ilk oyununda Avstriya yığmasına məğlub olub.
Sputnik
BAKI, 25 mart - Sputnik. Bu gün futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin birinci turunun növbəti oyunları keçiriləcək. Belə ki, A, D və I qruplarında ümumilikdə yeddi qarşılaşma baş tutacaq.
Günün oyunları aşağıdakılardır:
A qrupu
18:00. Şotlandiya - Kipr
23:45. İspaniya - Norveç
D qrupu
21:00. Ermənistan - Türkiyə
23:45. Xorvatiya - Uels
I qrupu
21:00. Belarus - İsveçrə
21:00. İsrail - Kosovo
23:45. Andorra – Rumıniya.
Xatırladaq ki, dünən futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib. Azərbaycan yığması Avstriya ilə keçirdiyi ilk oyunda məğlub olub. Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.