İDMAN

Azərbaycan millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq

Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Sputnik
BAKI, 25 mart - Sputnik. On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Azərtac xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 17:00-da Bosniya və Herseqovinada yerli komanda ilə qarşılaşacaq.
Oyun Rumıniyadan olan hakim Ana Mariya Aleksandra Terteleaka tapşırılıb. Ona Aleksandra Apostu (Rumıniya), Ana Ciobotaru və Yelena Gobjila (hər iki Moldova) kömək edəcəklər.
Qeyd edək ki, millimiz ilk oyununda Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.