RUSİYA

Ukraynada uranlı sursatlardan istifadə eskalasiyanın daha da artması deməkdir - Lavrov

Böyük Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi bildirib ki, London Ukraynaya zəiflədilmiş uranlı sursat təhvil verəcək.
Sputnik
BAKI, 22 mart - Sputnik. Ukraynada zəiflədilmiş uranlı sursatların istifadəsi kənd təsərrüfatına zərbə vuracaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Bundan əvvəl Böyük Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi bildirmişdi ki, London Ukraynaya zəiflədilmiş uranlı sursat təhvil verəcək.

"Zəiflədilmiş uranlı döyüş sursatlarının istifadəsi Ukraynanın yüksək keyfiyyətli, çirklənməmiş qida istehsal etmək qabiliyyətini tamamilə azaldacaq", - deyə Rusiya XİN rəhbəri Eritreya xarici işlər naziri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın Kiyevə zəiflədilmiş uranlı mərmilərini mümkün tədarükü vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsinə doğru bir addımdır.

“Bu, eskalasiyanın daha da artmasına və ciddi surətdə artıma, keyfiyyətcə yüksəldilməsinə doğru bir addımdır”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Kollektiv Qərb Ukraynanı sona qədər məhv etmək niyyətindədir - Zaxarova