İDMAN

Futbol üzrə millimiz Avro-2024-ün seçmə mərhələsinin ilk oyunu üçün Avstriyaya yola düşür

Yığmaya yola düşməzdən əvvəl ölkə futbol assosiasiyasının rəhbəri Rövnəq Abdullayev tərəfindən tövsiyələr verilib.
Sputnik
BAKI, 22 mart - Sputnik. Futbol üzrə Azərbaycan milli komandası 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin ilk oyununa yola düşür.
Milli komanda AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirəcəyi Avstriyaya uçur.
Görüş martın 24-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Canni De Byazinin komandası bu gün Bakı vaxtı ilə saat 17:00-da çarter reysi ilə Avstriyaya uçacaq.
Göyərtədə Türkiyənin “Konyaspor” klubunun zədəli hücumçusu Mahir Əmrəli istisna olmaqla, 26 idmançı yola düşüb.
Yola düşməzdən əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbəri Rövnəq Abdullayev futbolçularla görüşüb.
AFFA-nın vitse-prezidenti Vaqif Sadıxov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və təşkilatın baş katibi Sərxan Hacıyevin də iştirak etdiyi görüşdə idmançıları Novruz bayramı münasibətilə təbrik edib, onlara qarşıdakı oyunlarda uğurlar arzulayıb.
Avstriya millisi ilə oyundan sonra martın 27-də millimiz AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu yenidən səfərdə İsveç yığmasına qarşı keçirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.