BAKI, 22 mart - Sputnik. Əfqanıstanın şimal-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4, yaralıların sayı 70-ə çatıb. Bu barədə RİA Novosti-yə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman bildirib.
Bundan əvvəl ölkənin Səhiyyə Nazirliyi zəlzələ nəticəsində iki nəfərin öldüyü, 20 nəfərin yaralandığı barədə məlumat vermişdi.
“70-ə yaxın insan yaralanıb, 4 nəfər ölüb”, - deyə Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.
Əfqanıstanda, Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayəti ilə sərhəddə yerləşən Yüksək dağlıq Bədəxşan vilayətinin İşkaşim şəhərindən təxminən 50 kilometr aralıda 6,5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Hindistan, Pakistan və Mərkəzi Asiya ölkələrində də hiss olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.