BAKI, 22 mart - Sputnik. Avstraliyanın Merdok Universitetinin tədqiqatçıları kürə hörümçəklərinin yeni növünü kəşf ediblər. MIR24 kanalı Evolutionary Systematics-ə istinadən xəbər verir ki, yeni hörümçək növü İsveçin əfsanəvi pop-qrupu olan "ABBA"nın şərəfinə adlandırılıb.
İsveçin məşhur pop qrupu - ABBA, arxiv şəkli
© AFP 2024 / Olle LINDEBORG / TT News Agenc
Yeni cins Abba transversa adlı tək növdən ibarətdir. Bu hörümçəklərin ölçüsü kiçikdir: erkəklərin uzunluğu 3,0-3,5 mm, dişilərinin uzunluğu 4,0-4,5 mm-dir. Onların yaşayış yeri Yeni Cənubi Uels və Kvinslendin sahil zonasıdır.
Tədqiqatçıların fikrincə, bu cinsin nümayəndələri kişilərdə qarının ortasında iki tünd ləkənin və ilk cüt ayaqda qalın tüklərin olması ilə həmkarlarından fərqlənir.
Alimlər 15 ildir ki, müxtəlif növ hörümçəkləri tədqiq edir və bu müddət ərzində Avstraliya muzeylərindən və xarici kolleksiyalardan olan 12 min qeydi öyrəniblər.
Onlar qeyd ediblər ki, hazırda Avstraliyada yaşayan hörümçəklərin 80%-ə qədəri naməlum olaraq qalır. Çoxları səhvən yad cins və növlərə aid edilir. Eyni zamanda, yeni qrupların təsviri ölkədə ekoloji tədbirlərin planlaşdırılması üçün son dərəcə vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.