DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İstanbulda evlərin qiyməti həndəsi silsilə ilə artmağa başlayıb

Hesabat dövründə həmin şəhərdə bir kvadratmetr mənzilin orta dəyəri 1 361 ABŞ dollarına çatıb.
Sputnik
BAKI, 21 mart - Sputnik. Bu ilin fevral ayında Türkiyənin İstanbul şəhərində evlərin qiyməti yanvar ayı ilə müqayisədə 49 % çox olub.
Hesabat dövründə həmin şəhərdə bir kvadratmetr mənzilin orta dəyəri 1 361 ABŞ dollarına çatıb.
Beləliklə, hazırda İstanbulda ev almaq üçün orta hesabla 163 min ABŞ dolları lazımdır.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş və 50 mindən çox insanın həyatına son qoymuş dağıdıcı zəlzələ ölkənin daşınmaz əmlak bazarındakı aktivliyi artıraraq evlərin bahalaşmasına gətirib çıxarıb. Xüsusilə İstanbulun daha təhlükəsiz rayonlarındakı evlərə tələbat artıb. Çünki bir çoxları yaşayış yerini dəyişərək həmin ərazilərə köçmək istəyir (Report).
İstanbulda evlərin qiymətinin qalxmasına Rusiya vətəndaşlarının orada daşınmaz əmlak almaq üçün müraciətlərinin sayının artması da səbəb olub. Xüsusilə Ukraynda başlayan xüsusi hərbi əməliyyatlar ruslar arasında Türkiyədə ev almağa marağı artırıb.