RUSİYA

Rusiya və Çin arasında sənədlər imzalanıb

Putin və Si Tszinpin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.
Sputnik
BAKI, 21 mart - Sputnik. Kremldə keçirilən rəsmi danışıqlardan sonra Vladimir Putin və ÇXR sədri Si Tszinpin iki sənəd - iqtisadi əməkdaşlıq planları və tərəfdaşlığın dərinləşdirilməsi planları haqqında bəyanat imzalayıblar.
Rusiya liderinin qeyd etdiyi kimi, görüş uğurlu və konstruktiv keçib.
***
Kremldə Rusiya və Çin liderləri Vladimir Putun və Si Tszinpin arasında geniş tərkibdə danışıqlar başlayıb.
Rusiya tərəfdən danışıqlara baş nazirin müavinləri, iqtisadi blokun nazirləri, “Rosatom” və “Rosneft”in rəhbərləri iştirak edir.
“Yenicə yekunlaşan dar formatlı danışıqlarda Rusiya-Çin əlaqələrinin gələcək inkişafı perspektivləri və dünya miqyasında koordinasiyanın gücləndirilməsi ilə bağlı çox məzmunlu və səmimi fikir mübadiləsi aparılıb”, - Rusiya lideri bildirib. O qeyd edib ki, danışıqların davamında dövlət başçıları və nümayəndə heyətləri müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin praktiki aspektlərini ətraflı nəzərdən keçirməli olacaqlar.
Putin danışıqlar zamanı bildirib ki, Rusiya Federasiyanı tərk edən müəssisələrin əvəzinə Çin biznesini dəstəkləməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya biznesi Çinin artan enerji tələblərini həm müqavilərlə, həm də digər vasitələrlə ödəyə bilər.
"Rusiya Asiya və Latın Amerikası arasında yuan ticarətini dəstəkləyəcək", - deyə Putin bildirib.
Çinin sədri Si Tszinpin isə öz növbəsində qeyd edib ki, Çin-Rusiya münasibətləri sağlam inkişaf sürəti nümayiş etdirir:
"Bizim ümumi səylərimiz sayəsində Rusiya-Çin münasibətləri sağlam və davamlı inkişaf dinamikası nümayiş etdirir. Ölkələrimiz arasında siyasi qarşılıqlı etimad dərinləşir, ümumi maraqlar çoxalır".
Qeyd edək ki, Si Tszinpin üçüncü müddətə dövlət başçısı seçildikdən sonra ilk xaricə səfəri martın 20-də Rusiyaya gerçəkləşdirib.
Tszinpin deyib ki, Pekin və Moskva etibarlı tərəfdaşdır. Sakitlikdən uzaq bir dünyada ÇXR Rusiya ilə birlikdə beynəlxalq hüququn keşiyində qətiyyətlə durmağa hazırdır.
Çin rəhbərinin Rusiya Federasiyası Prezidentinin dəvəti ilə səfəri martın 22-dək davam edəcək.