İDMAN

"Real Madrid"in prezidenti "Barselona" ilə oyuna qatılmayacaq - SƏBƏB

“El Mundo”nun məlumatına görə, funksioner korrupsiya işinin araşdırılmasında iştirakına görə düşmən mühitdən ehtiyat edir.
Sputnik
BAKI, 19 mart - Sputnik. "Real Madrid"in prezidenti Florentino Peres İspaniya çempionatının 27-ci turunun "Barselona" ilə oyununa qatılmayacaq.
“El Mundo”nun məlumatına görə, funksioner “Real Madrid”in texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın rüşvətxorluğu ilə bağlı korrupsiya işinin araşdırılmasında iştirakına görə düşmən mühitdən ehtiyat edir.
Nəticədə Peres və “Barselona”nın prezidenti Joan Laporta oyunöncəsi ənənəvi şam yeməyindən imtina ediblər.
Xatırladaq ki, "El Klasiko" bu gün, martın 19-da Barselonada, "Spotify Camp Nou" stadionunda keçiriləcək.
Görüş öncəsi komandalar turnir cədvəlində qonşu mövqelərdə qərarlaşıb - "Barselona"nın 65 xalı, "Real Madrid"in 56 xalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.