RUSİYA

Peskov Putinin dost olmayan ölkələr haqqında sözlərini şərh edib

Rusiya prezidenti, dost olmayan ölkələrdə Rusiya ilə əməkdaşlıqda maraqlı olan dost firmaların olduğunu düşünməyin məntiqli olduğunu qeyd edib.
Sputnik
BAKI, 17 mart — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin dost olmayan ölkələrlə bağlı açıqlamasını şərh edib.
"Putin deyib ki, dost olmayan ölkələrdə Rusiya ilə əməkdaşlıqda maraqlı olan dost firmaların olduğunu düşünmək məntiqlidir. Prezident daim deyir ki, biz çevik olmalıyıq ki, hərəkətlərimiz maraqlarımıza uyğun olsun. Hər bir konkret hal üçün çevik mövqe seçmək lazımdır", - deyə Peskov bildirib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) qurultayında Vladimir Putin "dost olmayan ölkələr" ifadəsini yanlış ifadə adlandırıb. Onun fikrincə, dost olmayan elita və hökmdarlardan danışmaq daha doğrudur. Dövlət başçısı əlavə edib ki, Rusiyanın öz ölkələrinin milli maraqlarını rəhbər tutaraq qərar qəbul edə bilən müstəqil və suveren Avropalı tərəfdaşlara ehtiyacı var.