DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Qara dənizə yeni PUA göndərib

UA İtaliyanın Kataniya şəhəri yaxınlığındakı Siqonella aviabazasından havaya qalxıb və bu səbəbdən bir müddət Rumıniya hava məkanında uçub.
Sputnik
BAKI, 17 mart — Sputnik. ABŞ Qara dənizə yeni "RQ-4 Global Hawk" pilotsuz uçuş aparatı (PUA) göndərib.
Almaniyanın "Deutsche Welle" agentliyi xəbər verir ki, bu barədə "Flightradar24" xidməti məlumat yayıb.
Məlumata əsasən, PUA İtaliyanın Kataniya şəhəri yaxınlığındakı Siqonella aviabazasından havaya qalxıb və bu səbəbdən bir müddət Rumıniya hava məkanında uçub.
Hazırda PUA-nın Qara dəniz səmasında uçduğu bildirilib.(APA)
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 14-də səhər saatlarında transponderləri söndürülmüş ABŞ-ın MQ-9 pilotsuz təyyarəsi Qara dəniz üzərində hava məkanından istifadə üçün müvəqqəti rejim ərazisinin sərhədlərini pozub. Nazirliyin məlumatına görə, PUA Krımda Rusiya sərhədinə doğru irəliləyirdi və pozucunu müəyyən etmək üçün Rusiya qırıcıları havaya qaldırılıb.
Müdafiə Nazirliyindən bildirilib ki, kəskin manevr nəticəsində pilotsuz təyyarə hündürlüyü itirərək nəzarətdən çıxıb və suya düşüb. Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, Rusiya qırıcıları MQ-9 ilə təmasda olmayıb, hava-desant silahlarından istifadə etməyib və öz baza aerodromuna sağ-salamat qayıdıblar.
RUSİYA
Şoyqu ABŞ PUA-sının qarşısını alan pilotları dövlət mükafatlarına təqdim edib