AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Dövlət başçısı Ankarada Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə iştirak edib.
Sputnik
BAKI, 16 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri martın 16-da başa çatıb.
Azərtac xəbər verir ki, Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.
Xatırladaq ki, bu gün Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.