BAKI, 16 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqların təşkili istiqamətində səyləri davam etdirəcəyinə söz verib. Bu barədə Rusiya mediası xəbər verib.
Onun sözlərinə görə, o, hər iki prezidentlə daim əlaqə saxlayır.
Bu yaxınlarda Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib ki, Ankara Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə görüşünü təşkil etmək cəhdlərində daha fəal olmalıdır.
Çətinin sözlərinə görə, atəşkəs razılaşmasına nail olmaq üçün hər iki tərəf danışıqlar masasına oturmalıdır.
O qeyd edib ki, Ankaranın vasitəçi olmaq üçün hər şansı var, çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm Zelenski, həm də Putinlə əlaqə saxlayır.
ABŞ-ın sabiq Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın silahlı qarşıdurmadan yorulduğunu və "razılaşma" bağlamalı olduğunu söyləyib.
Onun sözlərinə görə, tərəflər arasında dialoq dərhal başlamalıdır. Tramp qeyd edib ki, "ölüm və dağıntılar dərhal başa çatmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.