DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tokayev Təhlükəsizlik Şurasına tapşırıq verdi

Qazaxıstan dövlət başçısı müasir şəraitdə milli təhlükəsizliyə qarşı mövcud çağırışların və təhdidlərin obyektiv qiymətləndirilməsinin, habelə onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasının zəruriliyini qeyd edib.
Sputnik
BAKI, 15 mart — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında müasir şəraitdə milli təhlükəsizliyə çağırış və təhdidləri obyektiv qiymətləndirməyi tapşırıb.
Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Tədbirdə 2021-2025-ci illər üçün milli təhlükəsizlik strategiyasının icrası çərçivəsində qəbul edilmiş milli təhlükəsizlik risklərinin idarə olunması üzrə tədbirlər planının icrası ilə bağlı məsələlərə baxılıb.
"Dövlət başçısı müasir şəraitdə milli təhlükəsizliyə qarşı mövcud çağırışların və təhdidlərin obyektiv qiymətləndirilməsinin, habelə onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasının zəruriliyini qeyd edib", - məlumatda deyilir.
İclasın yekunları üzrə Təhlükəsizlik Şurası milli təhlükəsizlik risklərinin idarə edilməsi sisteminin səmərəliliyinin artırılmasına və milli maraqların qorunmasına yönəlmiş qərarlar qəbul edib.