RUSİYA

Lavrov suriyalı həmkarı ilə "Ərəb dünyası"na dair planları müzakirə edib

Görüş zamanı "ərəb dünyasında müsbət əhval-ruhiyyənin dəstəklənməsi"nin davam etdirilməsinin planlaşdırıldığı qeyd olunub.
Sputnik
BAKI, 15 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Faysal Mikdadla görüşündə Yaxın Şərqdəki münaqişələri müzakirə edib.
Bu barədə Rusiya Nazirliyinin saytında məlumat verilib.
Lavrov qeyd edib ki, Rusiya Suriyanın Ərəb Dövlətləri Liqasında hüquqlarının bərpası ilə bağlı regionda vəziyyətin necə dəyişdiyini görür. Onun sözlərinə görə, yaxın aylarda Rusiya Federasiyası və Ərəb Dövlətləri Liqasının nazirlər görüşü baş tuta bilər. Bu görüş zamanı "ərəb dünyasında müsbət əhval-ruhiyyənin dəstəklənməsi"nin davam etdirilməsi planlaşdırılır.
Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanan razılaşmalarda israr edəcək. Onlar Suriyanın suverenliyinin, ərazi bütövlüyünün bərpasını və terror təhlükəsinin aradan qaldırılmasını nəzərdə tutur.
Xatırladaq ki, bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədi qəbul edib. Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.
RUSİYA
Putin Bəşər Əsədlə görüşdü: Rusiya və Suriya terrorizmlə mübarizədə uğur qazanıb