İDMAN

Azərbaycanın qadın güləşçiləri U-23 Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycanın qadın güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə medal qarşılaşmalarına çıxacaqlar.
Sputnik
BAKI, 15 mart — Sputnik. Bu gün Azərbaycanın qadın güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə qoşulacaqlar.
Şəhanə Nəzərova (50 kq) moldovalı Mariya Leorda, Elnurə Məmmədova (55 kq) Angelika Mitkovska (Polşa), Nigar Mirzəzadə (68 kq) slovakiyalı Suzanna Molnar ilə qarşılaşacaq.
Bu gün, həmçinin yunan-Roma güləşçiləri medal qarşılaşmalarına çıxacaqlar. Belə ki, Elmir Əliyev (60 kq) finalda israilli Melkamu Fetene, Qurban Qurbanov (72 kq) İrfan Mirzoyev (Ukrayna), Murad Əhmədiyev (97 kq) isə macarıstanlı Aleks Şoke ilə üz-üzə gələcək.
Həsən Məmmədli (67 kq) bürünc medal uğrunda görüşdə İvo İliyev (Bolqarıstan), İsmayıl Rzayev (82 kq) təsəlliverici qarşılaşmada Adam Qardziola (Polşa) ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.