İDMAN

Azərbaycan güləşçiləri Avropa çempionatını 4 medalla başa vurublar

Fəxri kürsünün ən yüksək pilləsinə son olaraq Murad Əhmədiyev qalxıb.
Sputnik
BAKI, 15 mart - Sputnik. Azərbaycanın yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında 3-cü qızıl medalı qazanıblar.
"Report"un məlumatına görə, fəxri kürsünün ən yüksək pilləsinə son olaraq Murad Əhmədiyev qalxıb. 97 kq-da yer alan idmançı finalda macarıstanlı Aleks Şokeyə tam üstünlüklə qalib gəlib.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 4 medalla başa vurub. Əhmədiyevlə yanaşı, Elmir Əliyev (60 kq) və Qurban Qurbanov (72 kq) Avropa çempionu olublar, Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub.