SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kansler Almaniyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb

Şolts deyib ki, Almaniya Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişənin sülh yolu ilə həllini istəyir.
Sputnik
BAKI, 14 mart - Sputnik. Azərbaycan və Avropa İttifaqı Şərqi Tərəfdaşlıq çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyirlər və bu necə mümkündür və əsasən də ikitərəfli iqtisadi münasibətlərimizi nəzərə alaraq, həmçinin bu sualı da biz görüş çərçivəsində müzakirə etdik.
Bu barədə Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
“Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur, Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda, bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur”, - Kansler qeyd edib.
O bildirib ki, Almaniya Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişənin sülh yolu ilə həllini istəyir:
"Bizim (Almaniya -red.) üçün vacibdir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə artıq özünün sülh yolu ilə həllini tapsın. Açığını deyək ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə bir az narahatdır".
Almaniya kansleri əlavə edib ki, bu münaqişənin qısa bir zamanda, yerindəcə, uzunmüddətli və qəbul olunan həllini tapmağını arzulayır.
"Burada sülh yolu ilə həll deyəndə təbii onu nəyi nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır. Almaniya burada təbii ki, öz dəstəyini göstərməyə hazırdır”, - deyə Şolt əlavə edib.
TƏHLİL
Azərbaycan Prezidentinin Almaniya səfərindən hansı gözləntilər var?