İDMAN

Azərbaycanlı hakim Çempionlar Liqasının 1/4 final mərhələsinə təyinat alıb

Hakim Türkiyə klubu "Vakıfbank"la İtaliya təmsilçisi "Vero Volley" arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.
Sputnik
BAKI, 14 mart — Sputnik. Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, hakim Türkiyə klubu "Vakıfbank"la İtaliya təmsilçisi "Vero Volley" arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.
Görüş martın 15-də İstanbulun "Vakıfbank Sport Salonu"unda təşkil olunacaq.
Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək. (Report)