BAKI, 14 mart — Sputnik. Azərbaycan şahmatçısı Nicat Abasov Dünya Kubokuna vəsiqə qazanıb.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, o, Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatındakı nəticəsi ilə buna nail olub.
Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub ki, bu nəticə Dünya Kubokunda iştirak hüququna yiyələnmək üçün kifayət edib.
Digər azərbaycanlı şahmatçı Əhməd Xaqan reytinqini artıraraq FIDE ustası titulunun normativini yerinə yetirib.