BAKI, 13 mart — Sputnik. "Qarabağ" və "Qalatasaray" arasında yoldaşlıq matçının vaxtı müəyyənləşib. "Qarabağ" və "Qalatasaray" martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda görüşəcəklər.
Bilet satışından əldə olunan vəsait Türkiyədə zəlzələdə zərər çəkmiş insanlara kömək göstərilməsinə yönəldiləcək.
Xatırladaq ki, "Qarabağ" Türkiyənin "Qalatasaray" komandası ilə xeyriyyə oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Ağdam klubunun direktoru Emrah Çelikel qardaş ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədilə bu təşəbbüsü irəli sürdüklərini söyləyib.
E.Çelikelin sözlərinə görə, xeyriyyə matçı ilə əlaqədar "Qalatasaray"ın Almaniya və "Ferensvaroş" da daxil olmaqla Macarıstan klubları ilə danışıqları olub. Lakin "Qalatasaray" "Qarabağ"la oyun keçirməyə üstünlük verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.